• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Sahibə Qafarova Misir səfiri ilə görüşüb

18.12.2025
Xəbərlər
Sahibə Qafarova Misir səfiri ilə görüşüb
Share on FacebookShare on Twitter

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 17-də Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Fortunamag.az-a bildirilib ki, görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə olunaraq, əlaqələrin inkişafında dövlət başçılarının rolu və dəstəyi qeyd edilib.

Söhbət zamanı Milli Məclis və Misir parlamentinin həm yuxarı, həm də aşağı palataları arasında müsbət əməkdaşlıq əlaqələrindən razılıq ifadə olunub.

Sahibə Qafarova özünün Misir Ərəb Respublikasına rəsmi səfərinin və keçirdiyi görüşlərin, həmçinin qarşı tərəfdən ölkəmizə səfərlərin əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verdiyini bildirib, dostluq qruplarının fəaliyyətini qeyd edib.

Səfir Houssam-Eldine Reda isə gələcək fəaliyyətində digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da təmasların daha da genişləndirilməsinə töhfə verməyə çalışacağını söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.