• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan

Şahdağ dil qrupuna aid xalqlar : Xınalıq

11.09.2025
Azərbaycan, TARİX, Xəbərlər
Şahdağ dil qrupuna aid xalqlar : Xınalıq
Share on FacebookShare on Twitter

Qubanın ən ucqar və əlçatmaz yaşayış məntəqələrindən olan Xınalıq kəndi dəniz səviyyəsindən 2300 metr yüksəklikdə, möhtəşəm Şahdağın zirvəsində yerləşir. Dağların qoynunda əsrlər boyu özünü bəşər sivilizasiyasının təsirindən qoruyan bu kənd, Azərbaycanın canlı tarixi hesab olunur. Kənd Qızılqaya, Tufandağ və Şahdağ silsiləsi ilə əhatələnmişdir.

Xınalıq özünəməxsus dili, mədəniyyəti və adət-ənənəsi ilə seçilir. E.ə. I əsrdə qədim yunan mənbələrində bu ərazidə ket tayfalarının yaşadığı qeyd olunub. Burada məskunlaşan xınalıqlılar əsrlərin sərt sınaqlarına baxmayaraq etnik ənənələrini və memarlıq xüsusiyyətlərini bu günədək qoruyub saxlamışlar. Arxeoloqlar kəndin adını ya ərazidəki xınalı qayalarla, ya da hun mənşəli “Xunluq” tayfaları ilə əlaqələndirirlər.

Xınalıqlılar Qafqaz dil ailəsinə daxil olan unikal bir dilin daşıyıcılarıdır. Bu etnos dünyada yalnız bir kənd və bir dildən ibarətdir. Hal-hazırda kənddə 200-dən çox ev mövcuddur, onlardan bəzilərinin 250–300 illik tarixi var. Əhalinin sayı isə 20 min nəfərə yaxındır. Kənd sakinləri müsəlmandır, özünəməxsus geyimləri və mərasim ənənələri ilə seçilirlər.

Kəndin memarlıq üslubu da maraqlıdır: evlər çay daşından tikilib, bir evin damı digər evin həyəti rolunu oynayır. Dağ relyefinə görə evlər sıx yerləşdirilmişdir. Həyətlərdə kiçik bostanlarda əsasən kartof, xiyar, kələm becərilir. Qədim qəbiristanlıqlar kəndin tarixiliyini təsdiq edir. Buradakı məzarların bir çoxu 3–4 qatlıdır, iri ölçüləri isə burada Herakl cüssəli pəhləvanların uyuduğunu xatırladır.

Xınalıqda dövlət tərəfindən qorunan çoxsaylı dini və tarixi abidələr var. Ərazidə 31 türbə və ziyarətgah mövcuddur. Əbu Müslümün adını daşıyan cümə məscidi kəndin ən hündür yerində yerləşir və IX–X əsrlərə aid edilir. Pirə-Comərd türbə-məscidi XII əsrdə inşa olunmuş, əvvəllər atəşpərəst məbədi olmuş, sonradan isə məscidə çevrilmişdir. Şeyx Şalbuz türbə-məscidi də kəndin dini mərkəzlərindəndir.

Xınalığa xüsusi gözəllik verən təbiət abidələrindən biri Atəşgahdır. Buradan yerin altından çıxan yanar qaz səbəbindən ərazi qədim zamanlardan müqəddəs sayılıb. Babadağ zirvəsi də xalq arasında müqəddəs məkan kimi qəbul olunur. Rəvayətə görə, burada Baba adlı müqəddəs şəxsin qəbri var. Əhalinin inamına görə, Babadağı yeddi dəfə ziyarət etmək Həcc səfərinə bərabərdir. Bundan başqa, kənddə Qəmik, Xıdır Nəbi, Cabbar baba, Möhüc baba və digər pirlər mövcuddur.

Xınalıq ərazisində alban qəbiristanlıqları da geniş yayılmışdır. Bu qəbiristanlıqlar dairəvi formada İslam qəbiristanlıqlarına qədər uzanır və 40 hektardan çox ərazini əhatə edir. Təəssüf ki, bu qədim məzarlar üzərində hələ ciddi elmi araşdırmalar aparılmayıb. Qəbirlərin iri ölçüləri və çoxqatlı quruluşu arxeoloji tədqiqatlar üçün böyük imkanlar açır.

Xınalıqlılar tarix boyu başqa xalqlarla az inteqrasiyada olsalar da, ölkədə və dünyada baş verən hadisələrdən kənarda qalmamışlar. Onlar Birinci və İkinci dünya müharibələrində, eləcə də Qarabağ savaşında fəal iştirak etmiş, Vətən uğrunda canlarından keçmişlər.

Bu gün Xınalıq yalnız Azərbaycanın deyil, bütün Qafqazın ən nadir yaşayış məkanlarından biri olaraq, həm etnoqrafik irsi, həm də unikal təbiəti ilə böyük maraq doğurur. Burada aparılacaq arxeoloji və tarixi araşdırmalar isə həm kəndin, həm də ümumilikdə Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə imkan verəcək.

 

 

Müəllif : 

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri
Lətafət Beybutova

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.