• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan

Şahdağ dil qrupuna aid xalqlar : Qrızlılar

15.09.2025
Azərbaycan, TARİX, Xəbərlər
Şahdağ dil qrupuna aid xalqlar : Qrızlılar
Share on FacebookShare on Twitter

Azərbaycanda yaşayan və Şahdağ dil qrupuna aid edilən etnoslardan biri də qrızlılardır. Onlar kökləri etibarilə qədim alban tayfalarının varislərindən hesab olunurlar. Qubanın Qrız kəndi isə bu xalqın əsas və ən qədim yaşayış məskəni sayılır . Tarixi mənbələrdə “Qrız” toponimi ilk dəfə X əsrdə qeyd olunmuşdur. Tufan dağı, Ağ dağ, Baltaqaya kimi uca zirvələrin qoynunda, sıldırım qayalıqların üzərində salınmış bu dağ kəndi elə bil qayaların üstünə qonmuş qartalı xatırladır. Burada qədim evlər, hasarlar, küçələr bütövlükdə hamar çay daşlarından hörülmüşdür.

Qrız evləri əsasən ikimərtəbəli inşa olunmuşdur. Lakin dağlıq relyef səbəbindən evlərin fasad hissəsi ikimərtəbəli görünsə də, dağa tərəf olan arxa hissəsi birmərtəbəli olurdu. Yuxarı mərtəbə yaşayış yeri, aşağı mərtəbə isə təsərrüfat ehtiyacları üçün istifadə edilirdi . Evlərin içərisindəki tacvari taxta sütunlar oyma naxışlarla bəzədilirdi. Qrız kəndinə gedən yollar son dərəcə çətin və təhlükəli idi; atla belə keçilməsi müşkül olan bu daşlı-kəsəkli aşırımlardan biri xalq arasında təsadüfi olaraq “Mıxtökən” adlandırılmamışdır. Yerli əhalinin söylədiyinə görə, bu yolların kəsəkli daşları atların nalını belə qoparırmış.

Şahdağın cənub-şərq yamacında yerləşən ata-baba yurdlarında yaşayan qrızlar sərt təbii-iqlim şəraitinə və təsərrüfat üçün yararlı torpaqların azlığına baxmayaraq əsrlər boyu öz həyatlarını davam etdirmişlər. Bu səbəbdən onların bir çox ailələri və qohum qrupları tədricən düzənlik ərazilərə köç etmiş, nəticədə Quba, həmçinin Xaçmaz və İsmayıllı rayonlarında Qrız Dəhnə, Əhmədoba, Palçınoba, Çinartala və digər kəndlər salınmışdır.

Bəzi tədqiqatçılar qrız dilinin bir neçə dialektdən ibarət olduğunu, Hapıt, Əlik və Cek kəndlərində danışılan dillərin də bu dialektlərə daxil olduğunu bildirirlər [2]. Lakin etnoqrafik materialların müqayisəsi göstərir ki, bu kəndlərin dili qrız dilinə yaxın olsa da, onların sakinləri özlərini vahid etnik birlik kimi görmürlər.

Qeyd etmək lazımdır ki, qrız etnosuna yalnız Qrız kəndinin sakinləri deyil, həm də Hapıt, Cek, Əlik və Yergüc kəndlərində məskunlaşan icmalar daxildir. Bu kəndlərin hər birində qrız dilinin müxtəlif dialektlərində danışılır. Yerli rəvayətlərə görə, Hapıt, Cek, Əlik və Yergüc əhalisinin ilkin məskəni də məhz Qrız kəndi olmuş, daha sonra onların əcdadları buradan ayrılaraq Şahdağın ətəklərində yeni kəndlər salmışlar. Buna görə də hərçənd onların etnomədəniyyətində müəyyən fərqlər mövcuddur, lakin danışdıqları dil ümumilikdə qrız dilinin dialektləri hesab olunur.

Müəllif :

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri

Lətafət Beybutova Ələsgər qızı

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.