• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan

Şahdağ dil qrupuna aid xalqlar : Hapıtlar, Əliklər, Ceklər və Yergüclər

16.09.2025
Azərbaycan, Xəbərlər
Şahdağ dil qrupuna aid xalqlar : Hapıtlar, Əliklər, Ceklər və Yergüclər
Share on FacebookShare on Twitter

Hapıt, Əlik, Cek və Yergüc: Quba rayonunun Haput, Əlik, Cek və Yergüc kəndlərində yaşayan xalqlar Şahdağ milli-etnik qrupuna aid olub aborigen əhalini təşkil edirlər. Haput kəndi, Quba rayonunun Əlik kəndinin inzibati ərazi vahidində yerləşir. Hapıtlar qohum qrız etnosuna mənsub olub qrız dilinin hapıt dialektində danışırlar. Bu gün Hapıt kəndi sakinləri əsasən Quba rayonunun Hapıt, İsmayıllı rayonunun Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində məskunlaşıblar. Qubanın Hapıt kəndi onların ən qədim yaşayış məskəni sayılır və Şahdağ xalqlarının ən ucqar məskunlaşdığı ərazi hesab olunur. Hapıtlar həmçinin tarixi Azərbaycan torpaqlarının, o cümlədən Qafqaz Albaniyası dövlətinin qədim sakinlərindən hesab olunurlar. Ana dilləri hapıt dilidir.

Qırızların subetnik qruplarından olan ceklilər, əliklilər və yergüclülər Qubanın eyni adlı kəndlərində – Cek, Əlik və Yergücdə yaşayırlar. Qırızlar kimi onların ilkin yaşayış məntəqəsi qədim Qırız kəndi olub, sonradan buradan ayrılaraq öz kəndlərini salıblar. Hazırda Hapıt, Cek, Əlik və Yergüc sakinləri qırız etnosuna aid subetnoslar kimi tanınır və müvafiq dialektlərdə danışırlar.

Cek kəndi Xınalığa aparan dağ yolunda sonuncu kənddir və Qudyalçayın qolunu təşkil edən Ağçayın sol sahilində, Cek qayaları adlanan yüksəkliklərin üzərində, Əlik, Buduq, Qırız, Yergüc və Qalayxudat kəndləri ətrafında yerləşir. Əlik kəndi isə eyni adlı çayın sahilindəki çökəklikdə salınıb və adını bu hidronimdən götürüb. “Əlik” sözü türk dillərində “dağ çuxuru, çökəklik” mənasını verən “alık” kəlməsindən yaranıb. Kənd dəniz səviyyəsindən təqribən 1500 metr yüksəklikdə yerləşir və digər Şahdağ kəndləri kimi qədim yaşayış məntəqəsidir. Buradakı məzarlıqda aparılan tədqiqatlar, Xınalıq və Qırız kəndlərində olduğu kimi, bir neçə təbəqədən ibarət qəbirlərin mövcudluğunu göstərir.

XIX əsrin 30–40-cı illərindən başlayaraq sosial-iqtisadi səbəblərdən yergüclülərin bəzi nəsilləri – gülxatınlılar, qarabığlılar və təhməzlilər – yaşayış yerlərini tədricən tərk edib, daha əlverişli şərait üçün Xaçmaz rayonuna köçməyə başlamışlar. Şahdağ etnik qrupuna mənsub xalqın həyat tərzi, toy və yas mərasimləri Azərbaycanın digər əhalisinin həyatından əsasən fərqlənmir. Lakin onların əsas fərqləndirici cəhəti ailə və məişət ənənələrindədir. Şahdağlı ailələri çoxuşaqlılığı ilə seçilir. Ərazidəki məlumatlara görə, burada böyük ailələr mövcud olub, 40–50 nəfərdən ibarət ailələrdə ata başçılıq edirdi; ata olmadıqda böyük oğul bu vəzifəni icra edirdi. Patriarxal quruluşa malik ailədə kişi ailənin bütün təsərrüfat işlərini idarə edir, qadınlara aid işlər isə ya ananın özü, ya da onun rəhbərliyi altında həyata keçirilirdi. Bu ailələrdə böyüklərə hörmət ənənəsi qorunub saxlanılır. Şahdağlılar həmçinin möhkəm ailə bağları və cəmiyyətə fəal iştirakı ilə tanınırlar. Şahdağ etnik qrupundan görkəmli alimlər, tədqiqatçılar və tarixçilər yetişib.

Müəllif :

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri

Lətafət Beybutova Ələsgər qızı

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.