• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Şəhid və qazi övladları üçün Yeni il şənliyi keçirilib

01.01.2026
Xəbərlər
Şəhid və qazi övladları üçün Yeni il şənliyi keçirilib
Share on FacebookShare on Twitter

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə şəhid və qazi övladları, uşaq evində və internat tipli gimnaziyada tərbiyə alan, həmçinin sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib.

Şəhər icra hakimiyyətindən Fortunamag.az-a bildirilib ki, şənlikdə iştirak edən uşaqlar Şəki Dövlət Dram Teatrında Yeni ilin gəlişi ilə əlaqədar hazırlanmış “İnəkgül və Şimşəkgülün Yeni il macərası” adlı nağıl-tamaşaya böyük maraqla baxıblar.

Nağıl-tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşad Rüstəmov, Fərahim Fətəliyev, Pərviz İsmayılov, İlkin Rüstəmov, Sənubər İsrafilova, Qurban Rəsulov, Nazilə İmamhüseynova, Elvin Mabudov, Nərmin Abbasova, Azad Məmmədov, Nuranə Mirzəliyeva, Gülxar İmamhüseynova, Arzuman Abdullazadə və Yaqub Lətifzadə ifa ediblər.

Şənlik Yeni il ərəfəsində uşaqlara böyük sevinc və bayram əhvali-ruhiyyəsi bəxş edib.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.