• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Şəhid ailələrinə və qazilərə16 min mənzil verilib

08.01.2026
Xəbərlər
Şəhid ailələrinə və qazilərə16 min mənzil verilib
Share on FacebookShare on Twitter

Ölkəmizdə həssas əhali qruplarından olan vətəndaşlarla bağlı icra edilən mühüm sosial proqramlardan biri də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramıdır.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib: “Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib. Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur”.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığı əsasında həmin proqram möhtəşəm Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonra 5 dəfə genişləndirilib. Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 7 mindən çox mənzil şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Fortunamag.az-a verilən məlumata görə, müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn dəstək tədbirlərindən biri də onların minik avtomobilləri ilə təmin edilməsidir.

Həmin kateqoriyadan olan vətəndaşlara ötən dövrdə 7 min 700, o cümlədən postmüharibə dövründə 567 avtomobil verilib və növbədə olanların avtomobillə təminatı başa çatıb.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.