• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Səfir Diaspor Komitəsində olub

01.12.2025
İnkişaf, Xəbərlər
Səfir Diaspor Komitəsində olub
Share on FacebookShare on Twitter

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla görüşüb.

Komitədən Fortunamag.az-a bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu diaspor siyasətindən danışan komitə sədri, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul qurumların başçılarının bu günlərdə keçiriləcək görüşünə Macarıstanın ev sahibliyi etməsinə diqqət çəkib.

Bildirib ki, tədbir iştirakçı ölkələr arasında əlaqələrin dərinləşməsinə, yeni əməkdaşlıq formatlarının yaradılmasına töhfə verəcək.

Qonağa xarici ölkələrdəki “Azərbaycan Ev”ləri, həftəsonu məktəbləri, Koordinasiya Şuraları kimi çoxistiqamətli layihələr, həmçinin beynəlxalq informasiya məkanının güclü aktoruna çevrilən diasporumuzun fəaliyyəti barədə geniş məlumat verilib.

Səfir ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsinin vacibliyindən söz açıb, Macarıstanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. Xarici ölkələrdəki macar icmaları barədə müfəssəl məlumat verən qonaq, eyni zamanda, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən diaspor fəaliyyəti sahəsində uğurla davam etdiyini və bundan sonra daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan və Macarıstan diaspor təşkilatları arasında əlaqələrin gücləndirilməsi, mədəni-humanitar layihələrin təşviqi, xüsusilə gənclər üçün mübadilə proqramlarının çoxalması və ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışılıb. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri üçün təşkil olunan “II INTERNSHIP” (təcrübə) proqramı iştirakçılarının ölkəmizə, o cümlədən Qarabağa səfərləri də diqqət mərkəzinə gətirilib.

Tamaş Yojef Torman Azərbaycan dilinə sevgisini və dilimizi öyrənmək istəyini ifadə edib. Səfirə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdəki soydaşlarımız üçün çap olunan “Azərbaycan dili” və Azərbaycan dilini öyrənmək istəyən xaricilər üçün hazırlanan “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) kitabları hədiyyə olunub.

Görüş qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.