Rusiya Azərbaycan səfirliyinə dəyən ziyanla bağlı nə dedi?
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan tərəfi ölkəmizin Kiyevdəki diplomatik nümayəndəliyinin binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı 14 noyabr tarixli müraciətə baxılmasının nəticələri barədə məlumatlandırılıb.
Görüş zamanı tərəflər Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiqlik Qarşılıqlı Fəaliyyətinə dair Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Onlar yüksəksəviyyəli əlaqələrin qrafikini nəzərdən keçirib, həmçinin iqtisadi əməkdaşlığın inkişafını qeyd edib, mədəni və humanitar əlaqələrin bərpasının vacibliyini vurğulayıblar.
Fortunamag.az
