• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Rüfət Mahmud İstanbulda ölkəmizi təmsil edib

28.11.2025
İnkişaf, Xəbərlər
Rüfət Mahmud İstanbulda ölkəmizi təmsil edib
Share on FacebookShare on Twitter

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İstanbul şəhərində keçirilən “Beynəlxalq simpozium: Milli sarayların yüz ili” adlı beynəlxalq tədbirdə iştirak edib.

Qoruq İdarəsindən Fortunamag.az-a bildirilib ki, tarixi-mədəni irsin qorunması, abidələrin bərpası və muzeyləşdirilməsi sahəsində beynəlxalq təcrübənin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edən simpoziumda dünyanın müxtəlif ölkələrindən gələn saray muzeyləri və tarix-mədəniyyət qoruqlarının rəhbərləri, eləcə də elm adamları iştirak edərək irs abidələrinin idarə olunması, bərpası, davamlı inkişafı, muzeyləşdirmə və muzey kolleksiyalarının qorunması mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində təşkil olunan sessiyada İdarə Heyətinin sədri “Mühafizədən təqdimata: İçərişəhərin abidələrinin muzeylərə çevrilməsi” mövzusunda çıxış edərək abidələrin qorunması, bərpası və muzeyləşdirilməsi üzrə görülən işlər və əldə olunan təcrübələr barədə məlumat verib.

Səfər çərçivəsində Rüfət Mahmud İstanbulun UNESCO Ümumdünya İrs Siyahısına daxil olan dörd tarixi abidənin idarəçiliyinə məsul olan İstanbul Tarixi Alanları İdarəsinin rəhbəri Mustafa Tural ilə görüşüb. Görüşdə qoruqların idarə olunması sahəsində təcrübə mübadiləsi və gələcək birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.