• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Ruandanın və Zimbabvenin yüksəksəviyyəli rəsmiləri “ASAN xidmət”də

21.11.2025
İnkişaf, Xəbərlər
Ruandanın və Zimbabvenin yüksəksəviyyəli rəsmiləri “ASAN xidmət”də
Share on FacebookShare on Twitter

Ruanda Respublikasının İKT və innovasiya üzrə dövlət naziri, həmçinin Zimbabve Respublikasının dövlət katibinin rəhbərlik etdiyi nümayəndə heyətləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Fortunamag.az-a verilən məlumata görə, qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Ruanda tərəfi ilə görüş zamanı bu ilin iyun ayında imzalanan “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun əhəmiyyəti vurğulanıb.

Bu çərçivədə Ruandada “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə bağlı Dövlət Agentliyinin nümayəndə heyətinin Ruandaya qiymətləndirmə səfərinin təşkilinə dair razılığa gəlinib.

Zimbabve tərəfi ilə görüş zamanı isə ötən ilin noyabr ayında Zimbabve Prezidentinin ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət etməsi məmnunluqla xatırlanıb. Qarşı tərəf “ASAN xidmət” konsepsiyasının tətbiqi istiqamətində Anlaşma Memorandumunun qısa zamanda imzalanmasına dair təşəbbüslə çıxış edib. Bununla yanaşı, nümayəndə heyəti “ASAN xidmət indeksi”nin öyrənilməsində maraqlı olduğunu bildirib.

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.