Roma qəbirləri Albaniyada tapıldı
Arxeoloqlar Albaniyada, Şimali Makedoniya sərhədinə yaxın ərazidə üç-dördüncü əsrə aid böyük bir Roma dəfn kamerası aşkarlayıblar — bu, Balkan ölkəsində bu tipdə ilk belə kəşfdir . Fortunamag.az “Reuters“a istinadən xəbər verir ki, yerli sakinlərin xəbərdarlığı ilə Arxeologiya İnstitutu qazıntılara başlayıb və yunan dilində yazılmış böyük kalsit lövhələrdən ibarət yeraltı strukturu aşkarlayıblar.
Layihənin aparıcı arxeoloqu Erikson Nikolli bildirib ki, “inskripsiyada dəfn olunan şəxs Gelliano adı ilə göstərilib — bu, Roma dövrünə məxsus addır. İkinci fərdin kimliyi hələ dəqiq müəyyənləşdirilməyib, ancaq ehtimal olunur ki, bu, ailə üzvü olub”
Fortunamag.az
