• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Riad Qasımov “Sovetski” məhəlləsinin regenerasiyası ilə bağlı danışdı

07.11.2025
İnkişaf, Xəbərlər
Riad Qasımov “Sovetski” məhəlləsinin regenerasiyası ilə bağlı danışdı
Share on FacebookShare on Twitter

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov Təzə Pir ətrafındakı ərazinin – keçmiş “Sovetski” məhəlləsinin regenerasiyası ilə bağlı mühüm açıqlamalarla çıxış edib.

Fortunamag.az xəbər verir ki, Riad Qasımovun sözlərinə görə, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Süleyman Tağızadə, Nabat Aşurbəyova, Lev Tolstoy, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrini əhatə edən ərazi Bakının mərkəzində aparılan kompleks şəhərsalma transformasiyasının davamıdır.

Layihə tarixi simanın qorunması ilə innovativ memarlıq və planlaşdırma həllərinin vəhdətini təmin etməyə yönəlib. Məqsəd dayanıqlı, balanslaşdırılmış və insan-mərkəzli şəhər mühitinin formalaşdırılmasıdır.

Riad Qasımov vurğulayıb ki, tarixi irsin qorunması bu layihənin başlıca prinsipidir:
“Yenidənqurma prosesi keçmişin məhv edilməsi deyil, əksinə şəhər toxumasının bərpası və müasir, təhlükəsiz yaşayış mühitinin yaradılması kimi dəyərləndirilir. Bu layihə göstərəcək ki, inkişaf tarixi silmir, onu yenidən dirçəldir. Bu yanaşma həm dövrün ruhuna, həm də gələcək nəsillərin tələblərinə cavab verir.”

Ərazidə həyata keçirilən işlər Avropa paytaxtlarında tətbiq olunan tarixi mərkəzlərin dayanıqlı inkişaf və revitalizasiya prinsiplərinə əsaslanır. Söküntü yalnız qəzalı və bərpası mümkün olmayan tikililəri əhatə edir. Tarixi və memarlıq dəyəri olan binalar isə qorunaraq bərpa olunacaq.

Hazırda ərazidə dövlət mühafizəsində olan 70-dən çox tarixi abidə və memarlıq-mədəni dəyəri olan 50-dən artıq bina mövcuddur. Ümumilikdə 120-dən artıq binanın saxlanılması nəzərdə tutulur.

Qeyd olunub ki, bu layihə nəticəsində Təzə Pir ətrafı yalnız tarixi simasını qoruyaraq deyil, həm də müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış, istirahət və ictimai məkanlarla zənginləşdirilmiş mərkəzə çevriləcək.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.