• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

“Regional İnkişaf” İctimai Birliyi xeyriyyə şənliyi keçirib

18.12.2025
Xəbərlər
“Regional İnkişaf” İctimai Birliyi xeyriyyə şənliyi keçirib
Share on FacebookShare on Twitter

Bakı Kitab Mərkəzində “Regional İnkişaf” İctimai Birliyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə növbəti xeyriyyə şənliyi keçirilib.

Bu barədə Fortunamag.az-a Bakı Kitab Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirə 10 nömrəli sanatoriya tipli internat məktəbinin sakinləri dəvət olunub. Bakı Kitab Mərkəzinin əməkdaşları tərəfindən uşaqlar üçün qısa tanıtım ekskursiyası təşkil edilib. Daha sonra “Regional İnkişaf” İctimai Birliyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə uşaqlar üçün maarifləndirici və interaktiv xarakterli ustad dərsləri, həmçinin Yeni il mövzusunda “Oxu saatı” keçirilib.

Xeyriyyə şənliyində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Teatr sənəti” dərnəyinin üzvləri “Macəra diyarında Şahzadə və Xilaskarlar” adlı tamaşa təqdim ediblər. Eyni zamanda “Təbəssüm” rəqs qrupunun rəngarəng çıxışları bayram sədaları altında nümayiş olunaraq tədbirə əsl şənlik ab-havası qatıb.

Tədbirin əsas məqsədi həmrəylik və birlik ruhunu gücləndirmək, uşaqlara qayğı göstərərək onlara unudulmaz anlar yaşatmaq, yaradıcılıq və bacarıqlarının inkişafına dəstək olmaq, eləcə də Yeni ilin sevincini paylaşaraq cəmiyyətə ümid və sevgi mesajı çatdırmaq olub.

Sonda balaca qonaqlara Bakı Kitab Mərkəzi və SOCAR tərəfindən hədiyyələr təqdim edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.