“Regional Bacarıqların Artırılması” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Avstraliyanın Brisben şəhərində UNESCO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının Katibliyi tərəfindən təşkil olunmuş “Regional bacarıqların artırılması” mövzusunda konfransda iştirak edib.
Fortunamag.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Asiya-Sakit Okean regionunun müxtəlif ölkələrindən nümayəndələr, antidopinq siyasəti üzrə mütəxəssislər və ekspertlər bir araya gələrək dopinqlə mübarizə sahəsində əldə edilmiş uğurlu təcrübələri paylaşmışlar.
Elnur Məmmədov təqdimatında Azərbaycanda idmanda dopinqlə mübarizə siyasətini təqdim edib və bir sıra statistik göstəriciləri iştirakçıların diqqətinə çatdırıb, ölkəmizin bu sahədəki nailiyyətlərini vurğulayıb.
Fortunamag.az
