Rasim Bağırov: “Qarşımızda olan əsas məqsədlərdən biri informasiya sahəsində olan təhlükəsizliyi təmin etməkdir”
Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edib.
Globalart.az “Oxu.az”a istinadən xəbər verir ki, Rasim Bağırov “Rəqəmsal dövrdə media tərəfdaşlığı, İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel sessiyasında bildirib ki, informasiya sahəsində təhlükəsizliyin təmin edilməsi əsas məqsədlərdən biridir. Kibertəhlükəsizlik məsələlərinə toxunan Bağırov, bu sahənin informasiya dövrü ilə uzlaşdırılmasının vacibliyini vurğulayıb. O həmçinin qeyd edib ki, auditoriyanı məlumat və dezinformasiya arasında fərq qoymağa öyrətmək, bu sahədəki ən vacib addımlardandır. İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün əhalinin maarifləndirilməsinin əhəmiyyətinə diqqət çəkən Bağırov, Azərbaycanla Özbəkistan arasında bu sahədə müxtəlif tədbirlərin həyata keçirildiyini və bu əməkdaşlığın davam edəcəyini qeyd edib.
Fortunamag.az

