Ramil Həsən ATƏT PA-nın Baş katibi ilə görüşüb
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən ATƏT Parlament Assambleyasının (ATƏT PA) Baş katibi Roberto Montella ilə görüşüb.
Fortunamag.az xəbər verir ki, İstanbulda keçirilən ATƏT PA-nın 23-cü payız sessiyası çərçivəsində baş tutan görüşdə Baş katib iki qurum arasında uzunmüddətli əməkdaşlığı xatırladıb.
Tərəflər, həmçinin regional sülh və dialoq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Baş katib Vaşinqtonda qəbul edilmiş tarixi qərarın və Azərbaycan ilə Ermənistan arasında sülhün irəliləməsinin TÜRKPA və ATƏT PA arasında əməkdaşlıq üçün yeni bir mühit yaradacağına əminliyini də ifadə edib.
Fortunamag.az
