• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Rəssamlar İttifaqında “Kukla dünyasının sirləri” adlı sərgi açılıb

15.01.2026
Mədəniyyət, Xəbərlər
Rəssamlar İttifaqında “Kukla dünyasının sirləri” adlı sərgi açılıb
Share on FacebookShare on Twitter

Yanvarın 14-də Azərbaycan Rəssamlar İttifaqında “Kukla dünyasının sirləri” adlı sərgi açılıb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, sərgidə Azərbaycan folkloru, ədəbi əsərlər və xalq tərəfindən sevilən nağıl qəhrəmanları əsasında hazırlanmış kuklalar nümayiş etdirilib. Ekspozisiyada müxtəlif üslub və texnikalarda işlənmiş əsərlər yer alıb.

Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Xalq rəssamı, professor Salxab Məmmədov, Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri Xalq rəssamı Aydın Rəcəbov və digər çıxış edənlər sərginin əhəmiyyətindən danışıblar. Çıxış edənlər bildiriblər ki, sərgidə nümayiş olunan əsərlər mövzu seçimi, ideya zənginliyi və işlənmə tərzinə görə yüksək peşəkarlıq nümunəsidir. Bu işlər təkcə estetik baxımdan deyil, həm də mənəvi-mədəni dəyəri ilə seçilir. Sərginin dünyanın müxtəlif ölkələrində nümayiş etdirilməsi Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətinin beynəlxalq arenada daha geniş tanıdılmasına töhfə verə bilər.

Vurğulanıb ki, bu cür sərgilər gənc rəssamların yaradıcılıq potensialının üzə çıxarılmasına, təcrübə mübadiləsinin aparılmasına və sənət mühitində yeni baxışların formalaşmasına böyük imkanlar yaradır. İştirakçılar sərginin gələcəkdə daha geniş miqyasda təşkil olunacağına və beynəlxalq layihələr çərçivəsində təqdim ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Sonra qonaqlar sərgidə rəssam Nana Nərimanbəylinin və kuklaçı-rəssamlar Pərviz Hüseynov, İrina Qundorina, Nübar Şahbazova, Anara Salmanova və Tamilla Qurbanovanın əsərləri ilə tanış olublar.

Kuklalar hazırlanarkən rəssamlar özlərinə məxsus texnoloji üsul və sirlərdən istifadə edirlər. İlk mərhələdə konstruksiya qurulur, daha sonra geyim və saç düzümü formalaşdırılır. Rəssamlar kuklaların üzünü özləri boyayır, qaş, göz və kirpikləri ustalıqla işləyirlər. Bu texnoloji vasitələr mimikanın, üz cizgilərinin, eləcə də hər bir personajın xarakterinin daha dolğun və canlı şəkildə ifadə olunmasına imkan yaradır.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.