• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Fortunanın qonağı

Rəssam Yaşar Səmədov: “Sənətə xəyanət edən insan elə öz ürəyinə xəyanət edir”

03.11.2025
Fortunanın qonağı, Mədəniyyət, Xəbərlər
Rəssam Yaşar Səmədov: “Sənətə xəyanət edən insan elə öz ürəyinə xəyanət edir”
Share on FacebookShare on Twitter

Təsviri sənət üzrə Əməkdar müəllim, görkəmli rəssam Yaşar Səmədovun 75 illik yubileyi münasibətilə qrafika və rəngkarlıq üzrə fərdi yaradıcılıq sərgisi keçirilib.

1950-ci ildə Bakıda dünyaya göz açan Yaşar Hüseyn oğlu Səmədov sənətin işıqlı yolunu seçərək 1970-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1978-ci ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Öz zəhməti, istedadı və sənətə olan sonsuz sevgisi ilə o, Azərbaycan təsviri sənətində dərin iz qoyan yaradıcı şəxsiyyətlərdən birinə çevrilib.

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2000-ci ildən isə Dünya Karikaturaçılar İttifaqının üzvü olan sənətkar, təsviri sənətin bütün janrlarında yüksək peşəkarlıq nümayiş etdirib. Rənglərin dili ilə danışan, hər fırça zərbəsində həyatın ritmini və duyğuların dərinliyini ifadə edən sənətkarın yaradıcılıq dünyasına səyahət edək. Onun tablolarında rənglər danışır, duyğular isə rəngə çevrilir, hər əsərində bir həyat nəfəsi duyulur. Sərgi öncəsi sənətkar Fortunamag.az saytının oxucuları üçün özəl müsahibə verib.

 

 

– Rəssamlıq yolunuzda çətinliklərlə qarşılaşdığınızı da qeyd etmisiniz. Bu çətinlikləri necə aşmısınız?
– Hə, çox çətinliklər olub. Mən uşaq ikən atam bizi Sovetski məhəlləsindən Zirə kəndinə apardı ki, şəhərin mühiti bizi yanlış istiqamətə yönəltməsin. Hər gün məktəbə, dərslərə, musiqi dərnəklərinə getmək üçün üç saat yol gedirdim, üç saat qayıdırdım. Axşamlar saat on birə kimi yolda olurdum. Maddi vəziyyət də çox zəif idi. Bəzən paltar almaq əvəzinə boya alırdım. Amma bu əzablar mənə güc verdi. Tofiq Ağababyev mənim üçün böyük ilham mənbəyi oldu, qardaşımdan da çox şey öyrəndim.

 

– Siz tez-tez “sənətə xəyanət etmək olmaz” deyirsiniz. Bununla nəyi nəzərdə tutursunuz?
– Bəli, insan heç bir sahəyə, heç bir insana, nə dosta, nə ailəyə, nə də sənətə xəyanət etməməlidir. Çünki sənətə xəyanət edən insan elə öz ürəyinə xəyanət edir. Sənət elə bir aləmdir ki, sən orada öz ruhunu, hissini, iç dünyanı ifadə edirsən. Ona görə də sənət adamı dürüst olmalıdır.

 

– Sizcə, niyə deyirlər ki, sənət adamları Allaha daha yaxındır?
– Çünki insan öləndən sonra ruh yaşayır, bədən yox olur, amma ruh qalır. Sənətkar da ruhla yaradır. Ruhla yaradılan heç vaxt ölmür. Elə buna görə də deyirəm. Sənət adamları doğulur, amma ölmür. Onların yaratdıqları əsərlər yaşayır, bu da ruhun davamıdır.

 

– Sonda nə arzulayardınız?
– Allah hər kəsə sağlamlıq, səbir və Vətən sevgisi versin. Çünki sevgi varsa, sənət də var, həyat da var.

 

Müsahibəni apardı: Səidə Musayeva, Fortuna jurnalının baş redaktoru

 

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.