• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Misirdə

25.11.2025
İnkişaf, Xəbərlər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Misirdə
Share on FacebookShare on Twitter

Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə biznes-forum təşkil olunub.

Fortunamag.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun və Misirin Sərmayə və Azad Zonalar üzrə Baş Qurumunun (GAFI) birgə təşkilatçılığı ilə keçirilən biznes- forumda ümumilikdə 20-dən çox şirkətin nümayəndələri iştirak ediblər.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artımı və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaradacağına əminliyini vurğulayıb. Nazir Rəşad Nəbiyev, həmçinin Azərbaycanın yüksək texnologiyalar parklarında İT şirkətləri üçün tətbiq edilən güzəşt və imtiyazlar barədə məlumat verib, Azərbaycanın rəqəmsal məhsullarının Misirə ixracı imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, qeyd olunub ki, Azərbaycan – Misir Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin inkişafına öz töhfəsini verə bilər.

Biznes-forum çərçivəsində iki ölkədəki investisiya imkanları, Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlər barədə məlumat verilib, Misir şirkətlərinə ölkəmizə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirmək təklif olunub.

Tədbir B2B formatında görüşlərlə davam edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.