• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İdman

Qurban Qurbanov: “Çelsi” kimi komandalardan xal almaq Azərbaycan futboluna xeyir verəcək

06.11.2025
İdman, Xəbərlər
Qurban Qurbanov: “Çelsi” kimi komandalardan xal almaq Azərbaycan futboluna xeyir verəcək
Share on FacebookShare on Twitter

“Qarşıda bizi Zəfər Günü gözləyir. Bu nəticə də yerinə düşdü”.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, bu nəticənin ölkə futboluna böyük fayda verəcəyini bildirib: “Həqiqətən də belə matçlardakı xallar Azərbaycan futboluna xeyir verəcək. Xal qazanmaq önəmli idi. Bunu uğurlu hesab edirəm. Artıq 7 xalımız var. Uşaqlar əsl xarakter göstərdilər. Onlara alqış düşür. Əlimizə düşən şanslardan maksimum istifadə etməliyik. Məşqlərdən doymamalıyıq”.

Baş məşqçi artıq “Qarabağ”ın daha təcrübəli olduğunu söyləyib: “Əsas raunda vəsiqə əldə edəndə ürəyimdə narahatçılıq var idi. Çünki bizi güclü rəqiblər gözləyirdi. Lakin oyunçular əzmkar mübarizə aparırlar. Növbəti mərhələ şansımız var”.

Q. Qurbanov bu cür oyunlarda daha soyuqqanlı olduqlarını vurğulayıb: “Müdafiədə oynamaq istəmirdik. Matçı rəqib tərəfdə keçirirdik. Görüşün sonunadək də hücum futbolu oynamaq olmur. “Çelsi” çox ciddi rəqibdir”.

Mütəxəssis zədə səbəbindən ilk hissədə əvəzlənən Kadi Borgesin durumunun sabah dəqiqləşəcəyini deyib: “Sanki sümüklərindən biri qırılıb. Lakin hər şey həkimlərin rəyindən sonra məlum olacaq”.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.