Qlobal maliyyə dünyası ilə bir addım daha yaxın: ABB Bank beynəlxalq SIBOS 2025 konfransında təmsil olunur
Frankfurtda keçirilən və maliyyə dünyasının ən nüfuzlu tədbirlərindən biri sayılan SIBOS 2025 konfransında ABB Bank da fəal iştirak edir. Bu il tədbirin əsas mövzusu “Qlobal maliyyənin yeni sərhədləri” kimi müəyyən olunub.
Bankın nümayəndə heyətinə rəhbərlik edən ABB İdarə Heyətinin sədri Abbas İbrahimov tədbirin qlobal tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, “SIBOS 2025 bizim üçün yeni imkanlar deməkdir – həm beynəlxalq əməkdaşlıq, həm də texnoloji inkişaf baxımından.”
ABB nümayəndələri Citibank, JP Morgan, Ziraat Bank, Abu Dhabi Commercial Bank, Sumitomo Mitsui Bank və digər banklarla ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Eyni zamanda, maliyyə texnologiyaları və süni intellekt mövzusunda müzakirələrdə iştirak edərək yeni ideyalar və trendlərlə tanış olacaqlar.
Konfrans SWIFT tərəfindən təşkil olunur və hər il dünyanın ən böyük banklarını bir araya gətirir. SIBOS 2025 tədbiri 2 oktyabr tarixinədək davam edəcək.
Fortunamag.az

