Qlobal istiləşmə limitə daha tez çata bilər
17 ölkədən 60 alim tərəfindən aparılan yeni illik hesabat qlobal istiləşmənin sürətləndiyini bildirir. Fortunamag.az “İmpakter”a istinadən xəbər verir ki, hesabatda göstərilir ki, istiləşmə 1.5°C limitinə yalnız 3 il ərzində çata bilər. Bu hesabatın əhəmiyyəti ondan ibarətdir ki, IPCC-nin qiymətləndirmə dövrləri çox uzundur – təxminən hər 6-10 ildən bir hazırlanır. Sonuncu qiymətləndirmə hesabatı, 2023-cü ildə çap edilmişdi. Lakin iqlim dəyişikliyi ilə bağlı yeniliklər daha təcili şəkildə izlənilməlidir. “Qlobal İqlim Dəyişikliyi Göstəriciləri” (IGCC) isə hər il hazırlanan hesabatlarla bu boşluğu doldurur.
Fortunamag.az
