• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

“Qiyamət balığı” 20 gün ərzində 4 dəfə göründü

25.08.2025
Xəbərlər
“Qiyamət balığı” 20 gün ərzində 4 dəfə göründü
Share on FacebookShare on Twitter

Son 20 gün ərzində dünyanın dörd müxtəlif sahilində — Hindistan, Avstraliya, Yeni Zelandiya və ABŞ-ın Kaliforniya ştatında nadir  rast gəlinən “qiyamət balığı”  müşahidə olunub. Fortunamag.az “Timesofindia”a istinadən xəbər verir ki,bu balıq yalnız okeanın dərinliklərində yaşayır və adətən rast gəlinmir. Lakin qədim rəvayətlərdə onun səthə çıxması böyük zəlzələ və sunami kimi təbii fəlakətlərin xəbərçisi kimi qəbul edilirdi. Alimlər bildirirlər ki, balığın bu qədər qısa müddətdə dörd dəfə görünməsi təsadüfi ola bilər, lakin okeanların dərinliklərində geoloji dəyişikliklərin də əlaməti sayıla bilər. Sosial şəbəkələrdə bu hadisə böyük maraq doğurub və insanlar bunu mistik hadisə kimi şərh ediblər. Qədim yapon mifologiyasında isə o, “nami namazu” – yeraltı əjdaha balığı kimi tanınır və təbiət qüvvələri ilə əlaqələndirilir. Əvvəllər bu balıq yalnız böyük sunamilərdən əvvəl təsadüfən görünüb. Bu dəfə isə eyni vaxtda müxtəlif ölkələrin sahillərində üzə çıxması alimləri heyrətləndirib. Onların fikrincə, okean sularının istiləşməsi və iqlim dəyişikliyi də bu davranışa təsir edə bilər. Balığın görünməsi həm elmi dairələrdə, həm də ictimaiyyətdə maraqlı müzakirələrə səbəb olub.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.