QHT-lər illik maliyyə hesabatlarını 1 aprel tarixinədək təqdim etməlidirlər
Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları (QHT-lər) illik maliyyə hesabatlarını hər il 1 aprel tarixinə qədər Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Fortunamag.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabatların forması və təqdim olunma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq olunub və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının alınması “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram”ı vasitəsilə həyata keçirilir. Bunun üçünwww.qht-hesabat.maliyye.gov.azsaytında qeydiyyatdan keçilməklə illik maliyyə hesabatları elektron qaydada təqdim edilməlidir.
Maliyyə hesabatlarının təqdim edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.
Əlavə məlumat üçün:
Telefon: 8778
e-mail:office@maliyye.gov.az
Fortunamag.az
