• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Qeyri-qida sənaye məhsullarına dair texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq

09.10.2025
Biznes, Xəbərlər
Qeyri-qida sənaye məhsullarına dair texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq
Share on FacebookShare on Twitter

Maraqlı tərəflər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilən “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında”, “Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə dair tələblər haqqında”, “Yüngül sənaye məhsullarının təhlükəsizliyi haqqında” və “Mebel məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlament layihələri ilə tanış ola, rəy və təkliflərini bildirə bilərlər.

Fortunamag.az  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə 10 oktyabr 2025-ci il, saat 11:00-da “Bakı KOB evi”ndə “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında”, “Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə dair tələblər haqqında”, “Yüngül sənaye məhsullarının təhlükəsizliyi haqqında” və “Mebel məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək.

Vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə https://bit.ly/4q123nI linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər.

Müzakirələr qanunvericiliyə uyğun şəkildə texniki reqlament layihələri üzrə rəy və təkliflərin alınması, maraqlı tərəflərin bu prosesdə fəal iştirakının təşviqi, həmçinin bu reqlamentlərdə müəyyən edilən tələblər və onların tətbiqindən əldə olunan müsbət nəticələr barədə ictimai məlumatlılığın artırılması məqsədilə həyata keçiriləcək.

İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair verilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlili, eləcə də aidiyyəti qurumlarla razılaşdırılmaqla təsdiq edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.

Məlumat üçün bildirək ki, texniki reqlament layihələri həmçinin Agentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) də yerləşdirilib. 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.