Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycanın özəl bankları ilə əməkdaşlığı investisiya imkanlarının artırılmasına mühüm töhfə verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal ilə görüşüb.
Görüş zamanı Azərbaycanın QDTİB ilə əməkdaşlığının uğurla inkişaf etməsi məmnunluqla qeyd olunub. Bildirilib ki, Bankın ölkəmizdə həyata keçirdiyi fəaliyyətlər və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində Azərbaycanın özəl bankları ilə əməkdaşlığı biznes mühitinin inkişafına, sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorunda investisiya imkanlarının artırılmasına əhəmiyyətli töhfə verir.
Tərəflər QDTİB-in Azərbaycanda nəzərdə tutulan potensial layihələrdə iştirakı imkanlarını müzakirə ediblər. Azərbaycanın iqtisadi inkişaf prioritetləri, strateji infrastruktur layihələri və özəl sektorun maliyyələşmə imkanlarının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Fortunamag.az
© 2025 Fortunamag - Bütün hüquqları qorunur.