Qan dövranının zəifliyi xərçəngin sürətlə böyüməsinə səbəb olur
“NYU Langone Health”in tədqiqatçıları aşkar ediblər ki, qan dövranının kəsilməsi sümük iliyini erkən yaşlandırır və immun sistemini zəiflədərək xərçəngin sürətlə böyüməsinə səbəb olur. Fortunamag.az “Science daily”a istinadən xəbər verir ki, siçanlar üzərində aparılan tədqiqatda müşahidə olunub ki, qan axınının məhdudlaşdırılması döş xərçəngi şişlərinin böyümə sürətini iki dəfə artırıb və bu, yaşlanma zamanı müşahidə edilən dəyişiklikləri təkrarlayıb. Tədqiqat göstərib ki, sümük iliyinin kök hüceyrələrini proqramlaşdıraraq immun sistemi xərçənglə mübarizə aparmaq əvəzinə onu yatıran hüceyrələrə yönəldir.
Fortunamag.az
