• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Psixologiya – Süni intellektin emosional dəstəkdə rolu

22.08.2025
Xəbərlər
Psixologiya – Süni intellektin emosional dəstəkdə rolu
Share on FacebookShare on Twitter

 

XXI əsr insanının ən böyük problemlərindən biri stress,  depressiya və psixoloji gərginlikdir.Sürətli həyat ritmi, sosial şəbəkələrin yaratdığı təzyiq və informasiya bolluğu insanların psixikasına ciddi təsir göstərir. Ənənəvi psixoloji dəstək olan psixoloqla üzbəüz söhbət, terapiya seansları hər kəs üçün o qədər də əlçatan deyil. Burada həm maliyyə, həm vaxt, həm də cəmiyyətin stereotipləri və düşüncə tərzi mane olur. Məhz belə bir şəraitdə süni intellekt əsasında yaradılan emosional dəstək proqramları insan həyatına daxil olmağa başlayır.

Süni intellekt (AI) əvvəllər əsasən texniki sahələrlə – istehsal, maliyyə, avtomatlaşdırma ilə əlaqələndirilirdi. Lakin son illərdə psixologiyada tətbiqi xüsusi aktuallıq qazanıb. “Woebot”, “Replika”, “Wysa” kimi tətbiqlər istifadəçilərin gündəlik emosiyalarını izləyir, onlarla söhbət edir, hətta müvafiq məsləhətlər verir. Məsələn, istifadəçi yorğunluq və stress hiss etdiyini yazanda proqram ona nəfəs məşqləri, kiçik motivasiyaedici tövsiyələr təqdim edir. Bu texnologiyaların üstünlüyü ondadır ki, onlar 24 saat mövcuddur və əlçatandır, istifadəçini dinləyir, heç vaxt mühakimə etmir və tam məxfilik qorunur.

Ən maraqlı tərəflərdən biri isə süni intellektin emosiyaları tanıma qabiliyyətinin olmasıdır. Tətbiqlər yalnız yazılı mətn deyil, səs tonu, hətta üz mimikaları üzərindən də analiz apara bilir.Bu, insanın gizlətməyə çalışdığı daxili gərginliyi üzə çıxarmağa imkan verir. Alimlərin fikrincə, AI əsaslı psixoloji dəstək xüsusən erkən müdaxilədə effektivdir. Yəni insan depressiyanın ilk mərhələsindədirsə, belə proqramlar onun vəziyyətinin ağırlaşmasının qarşısını ala bilər.

Bununla belə, mütəxəssislər bildirir ki, süni intellektin psixoloqu tam əvəz edə bilməsi mümkün deyil. Çünki insan psixikasının incəliklərini, bədii obrazları, dərin travmaları yalnız canlı ünsiyyət vasitəsilə anlamaq mümkündür. AI daha çox ilkin yardım, gündəlik motivasiya və özünüidarə aləti rolunu oynayır. Lakin bu da kifayət qədər böyük irəliləyişdir, çünki bir çox insanlar psixoloqa getməkdən çəkinir , mövcud şərait ona imkan vermir və ya vaxt məhdudiyyəti var.Amma telefon tətbiqindən rahatlıqla istifadə edə bilirlər.

Psixoloji yardımda AI-nin geniş tətbiqi sosial problemlərin həllində də mühüm rol oynaya bilər. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 300 milyondan çox insan depressiyadan əziyyət çəkir. Lakin onların yalnız az bir hissəsi mütəxəssisə müraciət edə bilir. Süni intellekt əsaslı tətbiqlər isə bu boşluğu qismən də olsa doldura bilər. Ən azından, onlar insanın yalnızlıq hissini azaldır, onunla dialoq yaradır və çətin anlarda dəstək olur.

Bəzi ölkələrdə məktəblərdə və universitetlərdə tələbələrin psixoloji vəziyyətini izləmək üçün AI sistemlərindən istifadə olunur. Bu sistemlər tələbələrin davranışındakı dəyişiklikləri qeyd edir, onların sosial şəbəkə paylaşımlarını təhlil edir və risk halında mütəxəssislərə xəbərdarlıq göndərir. Bu, intihar hallarının qarşısının alınmasında real nəticə verir.

Təbii ki, bu sahədə etik məsələlər də gündəmdədir. İnsanların şəxsi məlumatlarının süni intellekt tərəfindən toplanması məxfiliklə bağlı suallar yaradır. Həmçinin, emosional dəstəyin avtomatlaşdırılması bəzən “insanlıqdan uzaqlaşma” kimi qiymətləndirilir. Buna baxmayaraq, bir çox mütəxəssislər bu texnologiyanın faydalarının risklərdən daha çox olduğunu düşünür. Ən azından, süni intellekt psixoloji yardımı daha ucuz, sürətli və geniş auditoriya üçün əlçatan edir.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.