• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

14.11.2025
Azərbaycan, Xəbərlər
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Fortunamag.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa toxunuldu, birgə layihələrin uğurlu icrası qeyd edildi. 1999-cu ildən indiyədək Asiya İnkişaf Bankı tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihələri üzrə Azərbaycana 5,5 milyard dollar dəyərində maliyyə dəstəyinin göstərildiyi vurğulandı.

Asiya İnkişaf Bankının Azərbaycan dövləti ilə yanaşı, özəl sektorla da uğurlu əməkdaşlıq etdiyi qeyd olundu. Bu xüsusda neft-qaz, elektrik enerjisi, yol, dəmir yolu, kənd təsərrüfatı, su təchizatı, çirkab suların axıdılması və digər istiqamətlərdə icra olunan birgə layihələrə toxunuldu.

Söhbət zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionun nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi üçün də böyük imkanlar yaratdığı diqqətə çatdırıldı.

Görüşdə Mərkəzi Asiya-Azərbaycan-Avropa marşrutu üzrə bağlantıların önəmi qeyd edildi. Həmçinin ölkəmizlə bank arasında yeni layihələrə toxunuldu, bu xüsusda dəmir yolu, metro şəbəkəsinin genişləndirilməsi və su təchizatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.