Praqada Avropanın ən böyük müəllif kuklaları sərgisi açılıb
Praqada Avropanın ən böyük müəllif kuklaları sərgisi “Doll Prague” açılıb. Bu il sərgidə 24 ölkədən 185 kukla ustası iştirak edib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, ölkəmizi sərgidə Çexiyada yaşayan azərbaycanlı rəssam və kukla ustası Vəfa Aşumova təmsil edib.
Onun müəllif işləri “Bakı gecəsi”, “Dəniz”, “Nar” və “Natəvan” ziyarətçilərinin böyük marağına səbəb olub. V.Aşumovanın instalyasiyasının mərkəzində isə Şuşanın incisi – böyük azərbaycanlı şairə, xan qızı Xurşidbanu Natəvan dayanırdı. O, milli geyimin incə xətləri və zərif detallarında olduqca zövqlə və dərin mənəvi duyğu ilə təqdim olunub.
Fortunamag.az
