Pompeyidə yeni freskolar aşkar edildi

İtaliyanın qədim Pompeyi şəhərində arxeoloqlar növbəti sensasion tapıntıya imza atıblar. Fortunamag.az ” BBCNEWS “a istinadən xəbər verir ki,qazıntılar zamanı yaxşı qorunmuş freskolar aşkarlanıb. Bu freskolar qədim Roma dövründə gündəlik həyat və mətbəx mədəniyyəti barədə dəyərli məlumat verir. Divar rəsmlərində çörək, şərab, meyvələr və müxtəlif yeməklər təsvir olunub. Alimlərin sözlərinə görə, bu təsvirlər qədim Pompeyi sakinlərinin qidalanma vərdişlərini öyrənmək üçün unikal mənbədir. Freskolar həm də Roma incəsənətinin incəliklərini nümayiş etdirir. Arxeoloqlar qeyd edirlər ki, bu tapıntı Pompeyinin zəngin mədəniyyətlə yadda qalmasına kömək edəcək. Şəhər 79-cu ildə Vezuviy vulkanının püskürməsi nəticəsində kül və lav altında qalıb. Məhz bu səbəbdən bir çox abidələr və rəsmlər mükəmməl qorunub saxlanılıb. Yeni kəşf həm arxeologiya, həm də incəsənət tarixində mühüm hadisə hesab olunur. Turistlərin də bu abidəyə marağının daha da artacağı gözlənilir.
Fortunamag.az