Sentyabrın 18-dən 21-dək Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İB-in təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində Qarabağ Zəfərinin 5-ci ilinə həsr olunmuş 21-ci “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib. Fortunamag.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, 120 nəfərin iştirakı ilə baş tutan düşərgədə 4 gün ərzində gənclər proqram çərçivəsində, “Canavarlar”, “Aslanlar”, “Zəfər”, “Mübarizlər”, “İgidlər” və “Qartallar” komandalarına bölünərək müxtəlif təlimlərə, idman yarışlarına, qrup çalışmalarına cəlb olunublar.
Qeyd edək ki, Vətən müharibəsinin ən gənc qəhrəmanı Vüsal Yaqubov, həmçinin müharibə zamanı 7 erməni postunu ələ keçirən qazi, kapitan Mahur Həmidov da düşərgə müddətində gənclərlə birgə olub və onlarla öz döyüş yolunu bölüşüblər.
Fortunamag.az
© 2025 Fortunamag - Bütün hüquqları qorunur.