Poliqon gənclərin 20-ci hərbi-vətənpərvərlik düşərgəsi keçirilib
Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində Qarabağ Zəfərinin 5-ci ilinə həsr olunmuş “Poliqon” gənclərin 20-ci hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.
4 gün davam edən proqram çərçivəsində, gənclər “Canavarlar”, “Aslanlar”, “Zəfər”, “Mübarizlər”, “İgidlər” və “Qartallar” komandalarına bölünərək müxtəlif təlimlərə, idman yarışlarına, qrup çalışmalarına cəlb olunublar və fəal iştirak ediblər.
Qeyd edək ki, ən gənc Vətən müharibəsi qəhrəmanı Vüsal Yaqubov düşərgə müddətində gənclərlə bir yerdə olub.
Fortunamag.az
