Peydj Byukkers “WNBA”da “İlin yeni oyunçusu” seçildi
“Dallas Wings” ulduzu Peydj Byukkers möhtəşəm debüt mövsümündən sonra WNBA-nın “İlin yeni oyunçusu” adına layiq görülüb. Fortunamag.az “The Guardian”a istinadən xəbər verir ki, o, 72 səsdən 70-ni qazanaraq bu uğura demək olar yekdilliklə sahib olub.
Komandası liqada ən zəif nəticələrdən birini göstərsə də (10-34), Byukkers fərdi oyunuyla seçilib — orta hesabla 19,2 xal, 3,9 ribaund, 5,4 assist və 1,6 top oğurluğu. O, mövsümdə 692 xal və 194 assistlə debütantlar arasında tarixdə üçüncü ən yaxşı nəticəni göstərib. Avqustda Los “Angeles Sparks”a qarşı 44 xal toplaması isə həm mövsümün ən yüksək göstəricisi, həm də debütantlar arasında liqa rekordudur.
Fortunamag.az
