• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

Parlamentə ilk rəhbərlik edən xanım – Elmira Qafarova

10.12.2025
Tale simfoniyası, Xəbərlər
Parlamentə ilk rəhbərlik edən xanım – Elmira Qafarova
Share on FacebookShare on Twitter

XX əsrin keşməkeşli illəri Azərbaycan tarixinin sinəsinə saysız adlar yazdı. Bu adlar arasında elələri var ki, yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşına çevrildi. Elmira Mikayıl qızı Qafarova — zəkasıyla, iradəsi ilə, sükutundakı qətiyyət, sözündəki işıqla ucalan belə simalardandır. O, həm siyasət meydanının sərt küləklərində dayanmağı bacaran, həm də humanist düşüncəsi ilə xalqının yolunu işıqlandıran bir qadın idi.

Fortunamag.az bildirir ki, 1934-cü ilin martında Balaxanının kömür qoxulu küləkləri bir körpəni qucaqladı. Bu körpə illər sonra Azərbaycanın iki sahənin naziri olmuş ilk xanımı, dövlətçilik tarixində yol açan nadir qadın liderlərdən biri kimi tanınacaqdı. Elmira Qafarovanın taleyi qələmindən, elmdən başlasa da, onu getdikcə daha böyük məkanlara – dövlət idarəçiliyinin zirvələrinə aparacaqdı. ADU-nun filologiya fakültəsini fərqlənmə ilə bitirən gənc alim, tezliklə siyasətin mürəkkəb, məsuliyyətli yollarına qədəm qoydu. Hər pillə onun simasında həm cəsarətin, həm zəkânın, həm də qətiyyətin yeni bir şəklini çəkirdi.

1960-cı illərin gənclər hərəkatından başlayıb, Bakının ideologiya katibliyinə qədər uzanan bu yol, Elmira Qafarovanı 1980-ci ildə maarif naziri kürsüsünə gətirdi. O illərdə məktəblərin çoğalması, maarif ocaqlarının bir-bir işığa qərq olması, müəllim nəfəsinin güclənməsi – bütün bunlar onun imzasını daşıyırdı. Elmira xanım Azərbaycanın təhsil sferasına yalnız rəsmi qərarlarla deyil, həm də ana qayğısı ilə yanaşırdı; sanki hər məktəb onun öz övladı idi.

1983-cü ildə isə taleyinin ən məsuliyyətli səhifələrindən biri açıldı: o, Azərbaycan SSR-in xarici işlər naziri oldu. Dünyanın böyük tribunalarda Azərbaycan adını ilk dəfə bir qadın diplomatın səsi yankılandırdı. BMT Baş Məclisinin sessiyasında səsləndirdiyi nitqlər təkcə siyasət mövqeyi yox, həm də ədalət çağırışı idi. O, irqçilikdən, ayrı-seçkilikdən danışarkən sadəcə qatıldığı iclasa yox, dünyaya üz tuturdu:

“İnsanlıq haradan başlayırsa, ayrı-seçkilik oradan yox olmalıdır,” – düşüncəsinin, ruhunun səsiydi bu.

1987-ci ilin siyasi burulğanları içində Elmira Qafarova yenidən yüksək bir zirvəyə — Nazirlər Soveti sədrinin müavini vəzifəsinə yüksəldi. Elm, mədəniyyət, təhsil — bunların hər biri onun sanki doğma sahələri idi. Ancaq xalq ona ən çox 20 Yanvar gecəsi minnətdardır. Qaranlıq bir gecənin səhəri o, bütün Azərbaycanın səsi oldu. Bakı qan içində, binalar tüstü içində, anaların fəryadı şəhərin səmasını yardığı bir gündə Elmira Qafarova SSRİ-nin qanunsuz hərbi müdaxiləsinə qarşı dünyaya etiraz ünvanlayan müraciəti imzaladı. Bu müraciət bir qadının cəsarəti ilə bir millətin qürurunu birləşdirən tarixi sənədə çevrildi.

1989-cu ildə o, Ali Sovetin Rəyasət Heyətinə rəhbərlik etdi. Gəncənin adının bərpası, Novruzun rəsmi bayram kimi tanınması — milli kimliyin yenidən dirçəlməsinə atılan addımlar da onun qələmi ilə tarixləşdi.

1990-cı ildən etibarən isə Elmira Qafarova Azərbaycan SSR Ali Sovetinin, daha sonra isə müstəqillik dövrünün ilk Ali Sovet sədri oldu. Müstəqillik Aktının qəbul edildiyi o taleyüklü günlərdə parlament salonunda əyləşən bu qadın, əslində, bir xalqın tarixə atdığı ən böyük imzanın sükutlu şahidi idi. Onun sədrliyi dövründə Azərbaycan dünya dövlətləri tərəfindən tanındı, BMT-yə üzv qəbul olundu. Bu, artıq Elmira Qafarovanın siyasi fəaliyyəti deyildi – bu, millətin taleyinə yazdığı sətirlər idi.

Ömrünün 59-cu ilində – 1993-cü ilin avqustunda, yay küləklərinin ən sərin günlərindən birində Elmira Qafarova bu dünyadan köçdü. Amma onun izi hələ də yaşayır — keçdiyi pillələrin addım səslərində, dəyişdiyi qərarların nəticəsində, və ən çox da Azərbaycanın müstəqillik səhifələrində.

Elmira Qafarova – yalnız bir siyasətçi deyildi. O, dövlətin sərt qanunları içində ana səsinin yumşaqlığını qoruyan, xalqa sədaqəti imzasına çevirən, millət üçün çalışan qadın obrazının öncülü idi. Zamanın qanadında ucalan, tarixlə bərabər addımlayan, tarixin yaddaşına hopan bir ad oldu.

O ad isə bu gün də belə səslənir: Elmira Qafarova – Azərbaycanın qüdrətli, fədakar, iradəli qadını.

Material “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin “İnnovativ proqress və tarix” layihəsi çərçivəsində təqdim olunur.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.