• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Parisdə Üzeyir Hacıbəyovun 140 illiynə həsr edilmiş tədbir keçirilib

18.12.2025
Mədəniyyət, Xəbərlər
Parisdə Üzeyir Hacıbəyovun 140 illiynə həsr edilmiş tədbir keçirilib
Share on FacebookShare on Twitter

Parisdə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, pianoçu Səidə Zülfüqarovanın təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə musiqi axşamı keçirilib.

Fortunamag.az xəbər verir ki, musiqi axşamı Üzeyir Hacıbəylinin musiqi irsinin əsas incilərindən olan “Aşıqsayağı” əsəri ilə açılıb. Azərbaycan musiqi ənənəsində dərin köklərə malik bu simvolik əsər milli musiqi irsi ilə XX əsr müasirliyi arasında bədii dialoq ovqatı bəxş edib.

Həmçinin, Dmitri Şostakoviç, Oktay Zülfüqarov və Azər Rzayevin əsərləri də səsləndirilib. Bu seçim Avropa və Azərbaycan musiqi estetikasının zəngin bədii mübadiləsini əks etdirib. Əsərlər Səidə Zülfüqarova (piano), Giyom Martinye (violonçel) və Florian Maviel (skripka) tərəfindən yüksək peşəkarlıqla ifa olunub. İfaların keyfiyyəti, tembrlərin harmoniyası və dərin ifadəliliyi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konsert Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin irsinə ehtiram əlaməti olmaqla yanaşı, XX əsr musiqi repertuarının zənginliyini və müasirliyini də ön plana çıxarıb. Musiqi axşamı sənətin xalqlar arasında yaxınlaşmanı təşviq edən güclü vasitə olduğunu bir daha nümayiş etdirib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-nun sülh sənətçisi Hedva Ser, eləcə də Monqolustanın Fransadakı səfirinin nümayəndəsi də musiqi axşamına qatılıblar.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.