Parisdə “Qələbə Ritmləri” adlı musiqi gecəsi təşkil olunub
Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə “Majestic Passy” konsert zalında Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Qələbə Ritmləri” adlı musiqi gecəsi təşkil olunub.
Fortunamag.az xəbər verir ki, tədbirdə Parisdə akkreditə olmuş diplomatik korpusun nümayəndələri, tanınmış siyasi-ictimai xadimlər, incəsənət və mədəniyyət xadimləri, beynəlxalq nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Fransada yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Fortunamag.az
