• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ ÖZƏL FİKİR

“Oriental Fashion Show”u məhz mənim açmağım böyük sevincdir -ÖZƏL

09.12.2025
ÖZƏL FİKİR, Xəbərlər
“Oriental Fashion Show”u məhz mənim açmağım böyük sevincdir -ÖZƏL
Share on FacebookShare on Twitter

“Bu gün çox önəmli bir tədbirin iştirakçılarıyıq və “Oriental Fashion Show”-u məhz mənim açmağım böyük sevincdir. Açılışı illər əvvəl hazırladığım, mənim üçün hələ də dəyərli olan və dünyanın müxtəlif ölkələrində nümayiş etdirilən ‘Xalçaların Dili’ kolleksiyamla etməkdən qürur duyuram”.

Modelyer-dizayner Gülnarə Xəlilova İƏT Mədəniyyət Festivalı — “Baku Creative Week 2025” çərçivəsində keçirilən “Oriental Fashion Show”-da Fortunamag.az-a verdiyi özəl açıqlamada belə deyib: “Bu kolleksiyanı 2014-cü ildən etibarən hazırlamağa başlamışam və o, Avropada nüfuzlu bir mükafata da layiq görülüb. Kolleksiyanın əsas ideyası müxtəlif xalça naxışlarının geyimlərdə əks olunması və tamamilə orijinal Swarovski qaşlarla işlənmiş aksessuarlarla tamamlanmasıdır. Geyimlərin əksəriyyəti yüksək keyfiyyətli məxmər parçadan hazırlanıb, həmin məxmərin üzərindəki aksessuarlar və çantalar isə xalça naxışları ilə bəzədilib. Bu naxışların hər biri özündə xüsusi bir mesaj daşıyır. ‘Xalçaların Dili’ kolleksiyasının hər nümunəsinin ayrıca mənası var. Bu kolleksiya xalçaların öz hekayəsini danışması deməkdir. Mən illərdir “Azərbaycan Milli Geyim Günü keçirilsin” təşəbbüsü ilə çıxış edirəm və bu kolleksiya da həmin ideyanın bir hissəsi kimi ərsəyə gəlib”.

Qeyd olunub ki, bu illər ərzində ‘Xalçaların Dili’, ‘Gəncliyin Səsi’, ‘Turan’, ‘Miniatür’, ‘Şəbəkə’ kimi bir çox kolleksiyalar məhz bu şüar altında yaradılıb: “2007-ci ildən davam etdirdiyim bu təşəbbüsün məqsədi odur ki, həmin gün rəsmi şəkildə qeyd olunsun və insanlar gündəlik, klassik və ya idman tərzində geyimlərinə sadəcə bir milli aksesuar əlavə etməklə bütün obrazın ruhunu dəyişə bilsinlər. Hazırda təqdim olunan kolleksiya da məhz bu ideyadan ilhamlanaraq hazırlanıb.”

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.