Oranqutanların sağlam qalma sirri
Rutgers Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu göstərib ki, Borneonun tropik meşələrində yaşayan oranqutanlar aclıq və bolluq dövrlərində belə çəkilərini sabit saxlaya bilirlər. Fortunamag.az “Science daily”a istinadən xəbər verir ki, onlar mövsümə uyğun olaraq qidalanmalarını dəyişir, bəzən meyvə və yarpaqlarla, bəzən isə bədənlərindəki yağ ehtiyatı ilə qidalanırlar. Ən önəmlisi isə protein qəbulunu daim sabit səviyyədə saxlamağı bacarırlar.
Nəticələr göstərir ki, oranqutanlar qidalanma və enerji istifadəsini tarazlaşdırmaqda insanlardan daha uğurludurlar. Onlar qida azlığı zamanı fiziki fəaliyyətlərini azaldaraq enerji saxlayır, bolluq dövründə isə balanslı şəkildə qidalanırlar.
Mütəxəssislərə görə, bu davranış nümunələri insanlara da dərs ola bilər: emal olunmuş yeməklərlə həddindən artıq qidalanmaq əvəzinə, protein balansını qorumaq və enerji sərfiyyatını düzgün tənzimləmək sağlam həyat üçün vacibdir.
Fortunamag.az
