Oracle sahibi Larry Ellisonun həyat hekayəsi
Larry Ellison qurucusu olduğu proqram təminatı şirkəti Oracle sayəsində 60,8 milyard dollar sərvətə sahibdir və dünyanın ən zəngin şəxsləri siyahısında 7-ci yerdə qərarlaşıb.
Uşaqlıq illəri və təhsil yolu
Fortunamag.az bildirir ki, texnologiya dünyasının ən maraqlı simalarından biri olan Larry Ellison, 17 avqust 1944-cü ildə Nyu-Yorkun Bronx bölgəsində anadan olub. Hələ 9 aylıq olarkən pnevmoniya xəstəliyinə tutulduğuna görə teyzəsi ilə birlikdə Çikaqoya göndərilib. Orada South Side liseyinə gedən Ellison, Illinois Universitetinə qəbul olunana qədər təhsilini davam etdirib. Universitetin ikinci kursunda oxumağı dayandırsa da, bu, onun təhsil yoluna son qoymadı. Daha sonra Çikaqo Universitetinə yenidən müraciət etdi, lakin müəyyən müddətdən sonra təhsildən yenidən ayrıldı.
Chicago-dan Kaliforniyaya turkuaz Thunderbird ilə səyahət
1966-cı ildə 22 yaşında olan Ellison, enerjisini yönəldə biləcəyi layihələrə qatılmaq üçün Kaliforniya, Berkeley-ə köçdü. Çikaqodan Kaliforniyaya etdiyi bu səfəri isə turkuaz rəngli Thunderbird avtomobili ilə reallaşdırdı ki, bu da onun həyatında xüsusi yer tutdu.

Oracle’ın yaranması
Ellison, Wells Fargo və Amdahl kimi şirkətlərdə çalışaraq kompüter və proqramlaşdırma bacarıqlarını inkişaf etdirdi. Onun həyatında dönüş nöqtəsi CIA üçün verilənlər bazası proqramları yazmağa başlaması oldu. 1977-ci ildə Bob Miner və Ed Oates ilə birlikdə Software Development Laboratories şirkətini qurdu. İlk olaraq 2 min dollar büdcə ilə başlanan bu şirkət, beş il sonra adını dəyişərək Oracle adlandırdı. Əvvəlcə layihələrini dövlətə satmaq istəyən üç dost, artan tələb görərək proqram təminatı işlərini genişləndirməyə qərar verdilər.
Ellison və komandası, IBM kompüter tədqiqatçısı Edgar F. Codd-un verilənlər bazasından ilham almışdılar. Oracle 1986-cı ildə 55 milyon dollar gəlir əldə etdi. Böyük uğura baxmayaraq, bəzi səhvlər nəticəsində 400 işçini işdən çıxarmaq məcburiyyətində qaldılar ki, bunu “inanılmaz bir iş səhvi” adlandırdılar. 1992-ci ildə isə Oracle7 verilənlər bazasına keçid etdilər.

Hobbiləri və investisiyaları
Larry Ellison, hobbilərinə sərvət xərcləməkdən çəkinmirdi. Yat yarışlarından digər lüks fəaliyyətlərə qədər maraqları geniş idi. 1999-cu ildə Oracle-dan ayrılan Marc Benioff, Salesforce.com şirkətini qurmaq üçün Ellison-dan 2 milyon dollarlıq investisiya aldı. Bu gün Salesforce 40 milyard dollarlıq bir şirkətə çevrilib.
Dot-com balonu və Oracle’ın yüksəlişi
1990-cı illərin sonunda baş verən Dot-com balonu Oracle üçün böyük fürsət yaratdı. Bu dövrdə şirkətlər artan verilənlər bazası tələbləri ilə Oracle məhsullarına yönəldilər və bu, şirkət üçün böyük qazanc gətirdi.
2009-cu ildə Oracle, 1982-ci ildə server şirkəti kimi qurulan Sun Microsystemsi satın aldı. Bu, MySQL verilənlər bazasının da daxil olduğu bir sıra əsas texnologiyaları Oracle-a qazandırdı. 2010-cu ildə Mark Hurd və Safra Catz kimi etibarlı şəxslərə əhəmiyyətli vəzifələr verildi. 2012-ci ildə isə Ellison Hawaiinin Lanai adasını 300 milyon dollara satın aldı.

CEO-luqdan imtina və müasir dövr
Larry Ellison, həyatında dörd dəfə boşanıb. 2014-cü ildə CEO-luq vəzifəsini Mark Hurd və Safra Catz-ə verdi. O dövrdə Ellison, dünyadakı ən zəngin beşinci şəxs idi. CEO-luqdan ayrıldıqdan sonra da şirkətin idarə heyətinin sədri olaraq fəaliyyətini davam etdirir.
Son illərdə bulud texnologiyalarına gec keçən Oracle bəzi müştərilərini Amazon Web Services-ə itirdi, lakin şirkət hələ də texnologiya sahəsində güclü mövqeyini qoruyur.
Fortunamag.az
