• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Opera studiyasının səhnəsində “Toska” operası nümayiş olunub

12.01.2026
Mədəniyyət, Xəbərlər
Opera studiyasının səhnəsində “Toska” operası nümayiş olunub
Share on FacebookShare on Twitter

Bakı Musiqi Akademiyasının nəzdində Opera studiyasının konsert salonunda görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının tamaşası nümayiş olunub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tamaşada Toska partiyasını Əməkdar artist İlahə Əfəndiyeva, Kavaradossi partiyasını ilk dəfə olaraq Əməkdar artist Ramil Qasımov, Skarpia partiyasını isə Əməkdar artist Anton Ferştandt ifa ediblər. Həmçinin Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə, İqor Yadrov, Ruslan Persan, Fatimə Məmmədova tamaşada rol alıblar. Səhnə əsərini Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.

Qeyd edək ki, premyerası 1900-cü ildə Milanda keçirilən bu tamaşa klassik opera sənətinin ən dəyərli nümunələrindən biri olub, dünyanın bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir. Fransız dramaturqu Viktorian Sardin opera müğənnisinin faciəli həyatı haqqında qələmə aldığı pyes hələ 1899-cu ildə Puççini ilə bərabər Verdi və Franketti kimi bəstəkarların da diqqətini cəlb edib. Lakin sonda bu pyes əsasında opera yazmaq hüququnu Puççini qazanıb. Beləliklə də, L.İllika və C.Cakozanın librettosu əsasında Puççini “Toska” operasını qələmə alıb. Operanın süjet xəttində Fransa imperatoru Napoleonun hakimiyyətinin ilk dövründəki siyasi avantüralar və sevgi intriqaları dayanır.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.