• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Ombudsman “Sənin məlumatın, sənin hüququn” kampaniyasında iştirak edib

06.10.2025
Xəbərlər
Ombudsman “Sənin məlumatın, sənin hüququn” kampaniyasında iştirak edib
Share on FacebookShare on Twitter

Məlum olduğu kimi, 2015-ci il noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 28 sentyabr tarixini Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı günü kimi elan etmişdir və 2025-ci ildə bütün dünyada bu əlamətdar günün elan olunmasının 10 illiyi qeyd edilir.

Fortunamag.az Ombudsman-a stinadən xəbər verir ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Müvəkkil dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

Ombudsman təsisatı İnformasiya əldə etmək hüququnun təmin olunması sahəsində böyük nüfuza sahib olan, ictimai məlumata çıxışın müdafiəsini və təşviqini həyata keçirmək məqsədilə informasiya ombudsmanlarını, habelə digər sahələrdə fəaliyyət göstərən ombudsmanları və digər qurumları özündə birləşdirən İnformasiya Komissarlarının Beynəlxalq Konfransının (ICIC) 2023-cü ildən tam hüquqlu üzvüdür.

Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı günü ərəfəsində ICIC-nin, Şəffaflıq və İnformasiyaya Giriş Şəbəkəsinin (RTA) Gender və Həssas Qrupları üzrə İşçi Qrupunun və Buenos-Ayresdən olan həmkarlarımızın dəvəti ilə Müvəkkili Səbinə xanım Əliyeva bütün ölkələri bir araya gətirən və mühüm çağırışlara yönəlmiş “Sənin məlumatın, sənin hüququn” (Tu Info, Tu Derecho) kampaniyasında iştirak edib. Bununla da, bütün dünyada informasiya əldə etmək hüququnun əhəmiyyətinin vurğulanmasında, təşviqində, məlumatlılığın artırılmasında və məlumat əldə etmək hüququnun müdafiəsinin gücləndirilməsində dəstək olub. Bu kampaniya çərçivəsində Azərbaycan Ombudsmanın da yer aldığı foto-kollaj İbero-Amerika ölkələrinin bir çox sosial media platformalarında yayımlanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.