• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir

12.11.2025
İnkişaf, Xəbərlər
Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir
Share on FacebookShare on Twitter

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) sədri, Moldova Respublikasının Uşaq Hüquqları üzrə Xalq Müdafiəçisi Vasile Koroi ilə görüşüb.

Ombudsman Aparatından Fortunamag.az-a bildiriblər ki, görüşdə Səbinə Əliyeva Azərbaycanın Ombudsman təsisatı ilə Avropa Uşaq Ombudsmanları Şəbəkəsi arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Müvəkkil ölkədə uşaq hüquqları sahəsində mövcud vəziyyət, müxtəlif kateqoriyadan olan, o cümlədən müharibədən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi və həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib. Bununla yanaşı, son dövrlərdə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində normativ hüquqi aktlarda edilmiş müvafiq dəyişikliklər və aparılan institusional islahatlar nəticəsində Azərbaycan Ombudsman təsisatının ENOC-un tam üzvü seçilməsini əhəmiyyətini qeyd edib, ENOC-la əməkdaşlıq çərçivəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə təkliflərini səsləndirib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva Ombudsmanın müvafiq sahə üzrə mandatı, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq Qrupunun fəaliyyəti, bu istiqamətdə görülən işlər, irəli sürülən təkliflər və əldə edilmiş müsbət təcrübələr barədə ətraflı məlumat verib.

Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin sədri öz növbəsində səmimi qəbula görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib, mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb, ombudsman təsisatları səviyyəsində uşaq hüquqları sahəsində əməkdaşlığın daha gücləndirilməsinin vacibliyini qeyd edib.

Yekunda tərəflər qarşılıqlı fikir mübadiləsini yüksək qiymətləndirib, gələcəkdə insan hüquqları, xüsusilə uşaq hüquqları sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.