• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan

Nurəddin Mehdixanlının 70 illiyinə “Kral Lir” tamaşası hazırlanır

05.01.2026
Azərbaycan
Nurəddin Mehdixanlının 70 illiyinə “Kral Lir” tamaşası hazırlanır
Share on FacebookShare on Twitter

Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli sənətkar Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan Vilyam Şekspirin “Kral Lir” əsəri əsasında eyniadlı benefis tamaşa hazırlanacaq.

Bu barədə Fortunamag.az-a teatrdan məlumat verilib.

Bildirib ki, tamaşanın quruluşçu rejissoru və bəstəkarı Şota Rustavelli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidzedir.

Qeyd edək ki, 2025-ci ilin fevralında Akademik Milli Dram Teatrı ilə Şota Rustavelli adına Gürcüstan Milli Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb. “Kral Lir” Memorandumun üçüncü mərhələsinin icrasıdır.

Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.

Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev və başqaları iştirak edirlər.

“Kral Lir”in əsas ideyası iyerarxik sistemin süqutu, yalan və yaltaqlıqdan kənarda həqiqi dəyərlərin axtarışı, nizamla xaosun toqquşması, eləcə də mənəvi qanunlar və cəzanın labüdlüyü ilə bağlıdır.

Tamaşanın premyerası aprel ayında olacaq.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.