Niderland Krallığı ilə birgə tədqiqat imkanları nəzərdən keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Niderland Krallığının Şərqi Avropa üzrə rəhbəri Karolayn Ramaekers, Niderland Xarici İşlər Nazirliyinin baş məsləhətçisi Rebel Reyper, Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marian de Yonq, səfirin müavini Yohannes Kirpestein və səfirliyin baş məsləhətçisi Şəhla Balakişiyevadan ibarət nümayəndə heyəti ilə görüşüb.
Mərkəzdən Fortunamag.az-a bildirilib ki, görüşdə Azərbaycanın sosial-iqtisadi inkişaf gündəliyi, xüsusilə yaşıl enerji və iqlim dayanıqlığı, rəqəmsal transformasiya, Orta Dəhliz, tranzit daşımaları, ixrac potensialının genişləndirilməsi və dövlət–özəl sektor tərəfdaşlığı istiqamətlərində məsələlər müzakirə olunub.
Fortunamag.az
