• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

“Neptun” özüqalxan qazma qurğusunun dənizə yola salınması münasibətilə mərasim keçirilib

16.10.2025
SİYASƏT, Xəbərlər
“Neptun” özüqalxan qazma qurğusunun dənizə yola salınması münasibətilə mərasim keçirilib
Share on FacebookShare on Twitter

 

Fortunamag.az “SOCAR”ya istinadən xəbər verir ki, “Ümid” yatağının Cənub qanadında ilk qiymətləndirmə quyusunun qazılması üçün nəzərdə tutulan “Neptun” özüqalxan qazma qurğusunun modifikasiya işlərinin tamamlanması və qurğunun dənizə yola salınması mərasimi keçirilib.

Tədbirdə SOCAR, “Nobel Upstream”, “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin (UBOC) Azərbaycandakı filialının, eləcə də “Caspian Oilfield Services” (COS) şirkətinin rəhbərləri və xidmət göstərən digər tərəfdaş şirkətlərin rəsmiləri iştirak edib.

“Neptun” qurğusu vasitəsi ilə “Ümid” yatağının Cənub qanadında sualtı qiymətləndirmə quyusunun qazılması bu ilin oktyabr ayında planlaşdırılır. Özüqalxan üzən qazma qurğusu ilə sualtı qiymətləndirmə quyusunun qazılması SOCAR tarixində ilk olacaq. Eyni zamanda, bu quyu bu günədək “Ümid” yatağında qazılan ən dərin quyu hesab olunur. Quyunun layihə dərinliyi 7067 metr təşkil edir. Quyuda qazma işlərinin tamamlanması və lay sınağına təhvil verilməsi müddəti təxminən 10 ay nəzərdə tutulub.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixinə olan məlumata əsasən “Ümid” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində, ümumilikdə 12.3 milyard kubmetr qaz və 1.8 milyon ton kondensat hasil edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.