• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Nazir Ceyhun Bayramovun Sudan Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Müaviyə Osman Xalid ilə görüş keçirilib

13.01.2026
Xəbərlər
Nazir Ceyhun Bayramovun Sudan Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Müaviyə Osman Xalid ilə görüş keçirilib
Share on FacebookShare on Twitter

12 yanvar 2026-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sudan Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Müaviyə Osman Xalidi qəbul edib.

Fortunamag.az Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən geniş bölgədə cari vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Sudan arasında ikitərəfli münasibətlərin, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişafında siyasi dialoqun əhəmiyyətini qeyd ediblər. Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin, habelə qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Sudanın COP29-da fəal iştirakı, eləcə də bu il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq məmnunluqla qeyd olunub.

Görüşdə energetika, humanitar, təhsil, ASAN xidmət və digər sahələrdə əməkdaşlıq müzakirə edilib. Azərbaycan tərəfindən Sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycanla Sudan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Sudan tərəfdən isə Müaviyə Osman Xalid rəhbərlik edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.