• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

NATO: “Azərbaycanla Ermənistanın sülh sazişi imzalaması regional təhlükəsizliyi gücləndirəcək”

09.01.2026
SİYASƏT, Xəbərlər
NATO: “Azərbaycanla Ermənistanın sülh sazişi imzalaması regional təhlükəsizliyi gücləndirəcək”
Share on FacebookShare on Twitter

“NATO normallaşma prosesində son inkişafları alqışlayır və Azərbaycanla Ermənistanın münasibətləri normallaşdırmaq və davamlı sülh sazişinə nail olmaq istiqamətində atdıqları bütün konstruktiv addımları dəstəkləyir”.

Fortunamag.az “Oxu.az”a istinadən xəbər verir ki, bunu APA-ya müsahibəsində NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov deyib.

Onun sözlərinə görə, bu, Qara dəniz regionu üzrə sabitlik üçün böyük əhəmiyyət daşıyır:

“Biz bu prosesin birbaşa iştirakçısı deyilik, lakin münaqişələrin həllinə töhfə verən müttəfiqlərimizin səylərini hər zaman yüksək qiymətləndirmişik və dəstəkləmişik. Avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasını davamlı sülhə aparan yolda və region üzrə əlaqəliliyin açılmasında mühüm mərhələ kimi qiymətləndiririk. Bu isə öz növbəsində regional sabitliyi və təhlükəsizliyi gücləndirəcək, region ölkələri ilə NATO arasında tərəfdaşlıqları daha da möhkəmləndirəcək”.

Aleksandr Vinnikov qeyd edib ki, Azərbaycan NATO-nun ən fəal tərəfdaşlarından biridir, Alyansın tərəfdaşlıq alətlərindən geniş istifadə edir və əməkdaşlığın daha da dərinləşdirilməsinə davamlı maraq göstərir:

“Bu kontekstdə Azərbaycan artıq regional təhlükəsizlik mühitində mühüm rol oynayır.

Gələcəyə baxdıqda, bu potensialın tam reallaşdırılması hərtərəfli, davamlı və qarşılıqlı qəbul edilən sülhə yönəlmiş ardıcıl səylərlə dəstəklənə bilər. Məhz buna görə Azərbaycan və Ermənistanı sülh sazişinin imzalanması, ratifikasiyası və tam icrası istiqamətində irəliləməyə təşviq edirik. Bu, Azərbaycanın regionun digər ölkələri ilə birlikdə Cənubi Qafqaz üzrə sabitliyin, əlaqəliliyin və əməkdaşlığın gücləndirilməsinə, kooperativ təhlükəsizlik prinsiplərinə uyğun şəkildə, tam diqqət ayırmasına imkan verəcək”.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.