• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

Mustafa Kamal Atatürk

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Cumhurbaşqanı

10.11.2025
Tale simfoniyası, Xəbərlər
Mustafa Kamal Atatürk
Share on FacebookShare on Twitter

Mustafa Kamal Atatürk bütün türk dünyasının qəlbində əbədi bir simvol, müstəqilliyin və azadlığın parlaq işığıdır. Onun adı yalnız bir şəxsiyyət deyil, həm də bir millətin dirçəlişinin, çağdaşlaşmasının rəmzidir.

Fortunamag.az bildirir ki, 1881-ci ildə dünyaya gələn Mustafa Kamal atası Əli Rza Efendi və anası Zübeydə xanımın sevgisi ilə böyüdü. Atasının erkən itkisi ilə üzləşən gənc Mustafa dayısının himayəsində təhsil yoluna davam etdi.

Hərbi məktəbdə riyaziyyat müəllimi Mustafa bəyin ona “Kemal” adını əlavə etməsi ilə böyük bir liderin təməli atıldı.

Dünyanı heyrətləndirən əfsanəvi “Çanakkale keçilməz!” nida­sı ilə tarixə yazıldı. O, əsgərlərinə “Mən sizə hücumu deyil, ölməyi əmr edirəm!” deyərək təkcə bir hərbi əmrlə yox, bir inamla, qətiyyətlə xalqının gələcəyini dəyişdirdi.

23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılışı ilə Atatürkün rəhbərliyi altında yeni bir dövr başladı. Bu dövr qələbə, azadlıq və yenidən doğuşla yadda qaldı. 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti onun zəhməti və uzaqgörənliyi ilə müasir dünyaya addım atdı.

Atatürk əsrlər boyu yığılan köhnə düşüncələrin divarlarını yıxdı, qadınlara hüquq verdi, təhsildə və hüquqda inqilab etdi. Onun ideyaları, ölkəsini təkcə müstəqil deyil, həm də müasir, güclü və inkişaf etmiş bir dövlətə çevirdi.

Sadəliyi ilə dərinlik yaradan Atatürk musiqiyə, rəqslərə, at sürməyə və təbiətə olan sevgisi ilə də tanınırdı. Fransızca və alman dilində sərbəst danışan böyük lider, zəngin kitabxanası ilə özünü daim inkişaf etdirirdi. O, yalnız bir dövlət adamı deyil, həm də xalqının ən böyük müəllimi və ilham mənbəyi idi.

10 noyabr 1938-ci ildə saat 9:05-də Dolmabahçə sarayında ürək döyüntüsü dayansa da, onun ruhu və idealları Anıtkabirin əbədi sükutunda, türk xalqının qəlbində yaşamağa davam edir.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.