• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Monitorinq və hesabatlılıq sahəsində potensialın artırılması üzrə xüsusi təlimlər keçirilib

16.01.2026
Xəbərlər
Monitorinq və hesabatlılıq sahəsində potensialın artırılması üzrə xüsusi təlimlər keçirilib
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya Bankı arasında əməkdaşlıq çərçivəsində proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqi sahəsində potensialın artırılması üçün xüsusi tədris proqramı üzrə təlimlərin növbəti mərhələsi keçirilib.

Fortunamag.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 12-16 yanvar tarixlərində qrup formatında təşkil edilmiş təlimlərdə yeni büdcə mexanizminə keçid islahatlarına cəlb olunmuş “Təhsil”, “Sosial müdafiə və sosial təminat”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarında fəaliyyət göstərən 49 dövlət qurumundan ­­150-dən çox nümayəndə iştirak edib.

Dünya Bankının “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində təşkil etdiyi təlimlərin məqsədi sektorlarda fəaliyyəti olan təşkilatlarda monitorinqin aparılması üçün icra hesabatlarının, habelə sektor üzrə strateji hədəflərə nail olunmasının icra vəziyyəti barədə hesabatın hazırlanması sahəsində potensialın artırılmasıdır.

Təlimlər müddətində Dünya Bankının ekspertləri tərəfindən icra göstəricilərinin, o cümlədən tədbirlərin icrasından əldə edilmiş nəticələrin təhlil edilməsi yolu ilə monitorinqin aparılması sahəsində praktiki məşğələlər və interaktiv sessiyalar təşkil olunub.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.